Açar söz: rayon təhsil şöbəsi
Nəticə tapılıb: 87
09.06.2021

"Yolunuzu bizdən salın!” mövzusunda onlayn yarışın final mərhələsi olub

Respublika üzrə keçirilən onlayn yarışlarda I yerləri tutan, Qusar, Qubadlı, Göygöl, Qazax, Şirvan rayon və əvvəlki yarışlarda qalib olmuş Sumqayıt şəhər 1 nömrəli, Mingəçevir şəhər uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri yenidən final mərhələsində görüşüb.

Ətraflı
07.06.2021

Qarabağ müharibəsi veteranlarının iştirakı  ilə görüş

Qazax şəhər S.Vurğun adına 2 nömrəlili tam orta məktəbinin pedaqoji kollektivi və Qarabağ müharibəsi veteranlarının iştirakı  ilə görüş keçirilib.

Ətraflı
07.06.2021

Yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma

Qazax rayon ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi prosesi mütəmadi olaraq davam etdirilir.

Ətraflı
01.06.2021

1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” 

Qazax rayon Təhsil Şöbəsi tərəfindən 2020-2021-ci tədris ilində rayonun təhsil müəssisələri üzrə buraxılış imtahanları, fənn olimpiadaları, müxtəlif idman  yarışları və müsabiqələrdə nailiyyət əldə etmiş şagirdlər 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar təşəkkürnamə ilə təltif edilib, müxtəlif hədiyyələr verilib.

Ətraflı
27.05.2021

28 May Respublika Gününə həsr olunan tədbirlər  təşkil edilib

Qazax rayon ümumtəhsil müəssisələrində 28 May Respublika Gününə həsr olunan tədbirlər təşkil edilib.

Ətraflı
19.05.2021

Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni məktəb binası tikilir

Hazırda Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur.

Ətraflı
03.05.2021

“Nizami Gəncəvinin Xəmsə”si şagirdlərin gözü ilə

S.Əfəndiyev adına Şəhər 1N-li tam orta məktəbdə  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Nizami Gəncəvinin Xəmsə”si şagirdlərin gözü ilə rəsm  və əl işləri müsabiqəsinin rayon mərhələsi təşkil olunub.

Ətraflı
16.04.2021

Qazaxda “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı onlayn tədbir keçirilib

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qazax Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaq olub.

Ətraflı
31.03.2021

"Mart Soyqırımı"na həsr olunan video görüş keçirilib

Qazax Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə məktəb direktorları arasında "Mart Soyqırımı"na həsr olunan video görüş keçirilib.

Ətraflı
04.03.2021

Döyüş yoldaşları tərəfindən “Əjdaha” ləqəbi verilən qazaxlı kəşfiyyatçının əziz xatirəsi oxuduğu məktəbdə anılıb

2020-ci ilin 27 sentyabrı! Bu o tarixdir ki, Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. İllər ötsə belə 27 sentyabrdan başlayan və bizi sonunda böyük Qələbəyə aparan haqq savaşımızı unutmayacağıq. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimizin qəhrəmanlarına çevrilən cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi və rəşadətli Azərbaycan Ordusunu qəlbimizə, yaddaşımıza əbədi həkk edəcəyik. 44 gün davam edən İkinci Qarabağ müharibəsində müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazan oğullarımızla bir ömür boyu fəxr edib, qürur duyacağıq. "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!” söyləyərək canını Vətən yolunda fəda edən, Şəhidlik zirvəsini özlərinə ömür payı biçən igidlərimizi, qəhrəmanlarımızı unutmayacağıq. Azərbaycan xalqı var olduqca onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar.

Ətraflı
04.03.2021

20 yaşlı Vətən müharibəsi şəhidinin xatirəsi oxuduğu məktəbdə yad edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu. 

Ətraflı
04.03.2021

Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin kollektivi Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsini yad ediblər

Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızı yad etmək hər birimizin borcudur.

Ətraflı
03.03.2021

Qazax Rayon Təhsil Şöbəsinin məlumatı

Qazax RTŞ qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır.

Ətraflı
01.03.2021

Qazax rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud vəziyyətlə əlaqədar pandemiya şərtlərinə uyğun olaraq rayon Təhsil Şurasının növbəti onlayn iclası keçirilib

Qazax rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud vəziyyətlə əlaqədar pandemiya şərtlərinə uyğun olaraq rayon Təhsil Şurasının növbəti onlayn iclası keçirilib.

Ətraflı
18.01.2021

Qazax rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud vəziyyətlə əlaqədar pandemiya şərtlərinə uyğun olaraq rayon Təhsil Şurasının növbəti onlayn iclası keçirilib

Qazax rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud vəziyyətlə əlaqədar pandemiya şərtlərinə uyğun olaraq rayon Təhsil Şurasının növbəti onlayn iclası keçirilib.

Ətraflı