08.11.2021

”Qarabağ Azərbaycandır” abidə kompleksi və şəhidlərin qəbirüstü abidələri ziyarət edilib

Azәrbaycan Respublikası tәhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrәli әmri ilә tәsdiq edilmiş tədbirlər planına əsasən 8 noyabr "Zәfәr Günü" ilə əlaqədar Qazax rayonunun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri tərəfindən rayonun Şəhidlər Xiyabanı, 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış ”Qarabağ Azərbaycandır” abidə kompleksi və şəhidlərin qəbirüstü abidələri ziyarət edilib. Gülqoyma mәrasimlәri keçirilib. Müəllimlər şəhid şagirdləri haqqında xatirələrini danışıb. Şagirdlər tərəfindən şeirlər söylənilib, ədəbi kompozisiyalar nümayiş etdirilib.


Açar sözlər: ,  ,