08.11.2021

Zəfər Günü!

    2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmrinin Anım və Zəfər günü tədbirlərinin keçirilməsi haqqında 3.6 yarımbəndinə və  07 sentyabr 2021-ci il tarixli F-429 nömrәli әmri ilә tәsdiq edilmiş tədbirlər planına əsasən 8 noyabr "Zәfәr Günü" ilə əlaqədar Qazax rayonunun təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

    Məktəblilər arasında “Zəfər yolu” adı altında inşa müsabiqəsi, rəsm müsabiqəsi, “Vәtәn var olsun!” şüarı altında flaşmoblar keçirilib. Ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri tərəfindən rayonun Şəhidlər Xiyabanı, 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış ”Qarabağ Azərbaycandır” abidə kompleksi və şəhidlərin qəbirüstü abidələri, xatirə bulaqları ziyarət edilib. Gülqoyma mәrasimlәri keçirilib. Şagirdlər tərəfindən şeirlər, qələbə ruhunda mahnılar söylənilib, ədəbi kompozisiyalar, sənədli filmlər nümayiş etdirilib.Ağac əkmək kampaniyası keçirilib.

    IX siniflərdə tədris olunan “Zəfər tarixi” kurslarında  44 günlük Vətən Müharibəsi ilə əlaqədar şagirdlərin bilik və bacarıqları artırılıb.

    “Şәhidini tanı” aksiyası çәrçivәsindә Vәtәn Müharibәsi şәhidlәrinin uşaq və gәnclәr tәrәfindәn geniş şәkildә tanıdılması məqsədilə ümumi təhsil müəssisələrində şәhidlәrin şәkil vә adları әks olunan lövhәlәr, guşələr yaradılıb, şəhidlərin oxuduğu siniflərə rəmzi olaraq onların adları verilib.

Şəhid ailələrinin üzvləri ilə görüşlər keçirilib,Vətən Müharibəsi Qəhrəmanı Nicat Bədəlovun, qazilərin, Vətən Müharibəsi iştirakçılarının məktəblərdə keçirdiyi görüşlərdə müharibə haqqında xatirələri dinlənilib.


Açar sözlər: ,  ,