06.11.2021

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

    Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar. Ənənəsinə sadiq qalan Mərkəzin əməkdaşları şəhidlərimizi yad etməyi unutmayıblar.

    44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmış  şəhidlərimizin məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər.

    Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. G.Rəhimova qeyd edib ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunmasında məqsəd həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.

    Şəhidlərimizin xatirəsinə olan ehtiramı özündə əks etdirən tədbirdə Mərkəzin dərnək üzvləri tərəfindən Vətən uğrunda canından keçən igid oğullarımıza həsr olunmuş şeirlər səsləndirilib. Qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla bir daha yad olunub. Tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuz qeyd edilib.


Açar sözlər: ,  ,