06.11.2021

Açıq dərs keçirilib

Qazax rayon Təhsil Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə tədbirlər planına uyğun olaraq  S.Vurğun adına Şəhər  2N-li tam orta məktəbdə çağırışaqədərki hazırlıq fənninin tədrisinin keyfiyyətinin artırılması, uşaq və gənclərin vətənpərvərlik, azərbaycançılıq ideyaları ruhunda tərbiyə olunması məqsədilə nümunəvi dərs keçirilib.

Keçirilən dərsdə çağırışaqədərki hazırlıq fənnin məqsəd və vəzifələri, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasında fənnin rolu haqqında söhbətlər aparılıb. Şagirdlərin bilik və bacarıqlarının səviyyəsi öyrənilib.


Açar sözlər: ,  ,  ,