06.11.2021

Müharibə veteranları ilə görüş

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” uyğun olaraq Qazax rayonunun ümumtəhsil məktəblərində müharibə veteranları ilə görüş keçirilib.

Vətən müharibəsi iştirakçılarının, müharibə veteranlarının Azərbaycan Silahlı Qüvvələrində rolu, gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi və ordumuzun şəxsi heyətinin döyüş ruhunun artırılmasında səylərini əsirgəməmələri tədbirdə çıxış edənlər tərəfindən yüksək qiymətləndirilib.

 44 günlük Vətən Müharibəsində tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğulllarının layiqli töhvə verdiyi, minlərlə övladımızın şəhidlik zirvəsinə yüksələrək  dövlətimizin tarixinə parlaq səhifələr yazması, qəhrəmanlıq və böyük fədakarlıq göstərmələri xüsusi vurğulanıb.

Məktəb şagirdləri tərəfindən şeirlər söylənilib, rəsm əsərləri,ədəbi kompozisiya nümayiş etdirilib, ağac əkmək kampaniyası keçirilib.


Açar sözlər: ,