05.11.2021

Şəhid Merik Musa oğlu Mustafayevin “Anım Günü”

Qazax şəhər S.Vurğun adına 2№-li tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş Merik Musa oğlu Mustafayevin “Anım Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə məktəbin kollektivi, şəhidin ailə üzvləri,  rayon təhsil şöbəsinin əməkdaşları  iştirak ediblər.

İştirakçılar şəhidin xatirəsinə həsr edilən guşə və  şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonda şəhidin məzarı ziyarət edilib.


Açar sözlər: ,  ,