05.11.2021

“YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ”

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəsm müsabiqəsi elan edir.

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.

 

Müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında  ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.

 

Müsabiqəyə müəyyən edilmiş mövzulara uyğun digər sənət nümünələri də təqdim edilə bilər.

 

Müsabiqənin keçirilmə qaydaları :

•   Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır;

•   Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilər;

•   Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır;

•   İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda

    təqdim etdiyi əsər müsabiqəyə buraxılmır;

•   Bir müəllif tərəfindən müsabiqəyə 2 və daha artıq əsər təqdim edilə bilər;

•   İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur)

    adını və yaşını qeyd etməlidir;

•   Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən yaradılmasına əsaslı

    şübhələr olduqda əsər müsabiqəyə buraxılmır;

•   Əsərlərin qəbulu 11.10.2021-ci il tarixdən 11.11.2021-ci il tarixinə kimi

    aparılacaq;

 

Qiymətləndirmə meyarları və qaliblərin müəyyən edilməsi qaydaları:

 

•  mövzunun əhatə olunması;

•  təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi;

•  qərəzsizlik və məsuliyyət;

•  ictimai maraqların müdafiəsi.

 

•          Qaliblər 22.11.2021-ci il tarixdə müəyyən olunacaq.

•          Əsərlər yuxarıda qeyd olunan meyarlar üzrə seçmə üsulu ilə qiymətləndirilir və I, II və III yerlərin qalibləri müəyyən olunur.

•          Müsabiqənin qalibləri “Fəxri Fərman” və hədiyyələrlə təltif ediləcək.

•          Müsabiqənin yekun nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunacaq.

•          Seçilmiş əsərlərdən ibarət toplu albom şəklində nəşr olunacaq.

 

 

Əsərlərin qəbul qaydaları:

 

•  Müsabiqəyə rəsm və ya digər sənət nümünələrinin əsli təqdim edilməlidir.

•  Yaradıcılıq işləri poçt vasitəsi ilə və ya hər gün (bazar günü istisna olmaqla) saat

   10:00-dan 17:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin

   təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır.

•  Müsabiqəyə təqdim edilmiş əsərlərin fotosu  Baş Dövlət Yol Polisi İdarəsinin

   info@dyp.gov.az  elektron poçt ünvanına göndərilməlidir.


Açar sözlər: ,  ,