11.10.2021

“Zəfər yolu” inşa müsabiqəsinin rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə təhsil nazirinin 24 sentyabr 2021-ci il tarixli F-455 №-li əmrinə əsasən 08 oktyabr 2021-ci il tarixdə F.Şamoyev adına Qazax şəhər 4N-li tam orta məktəbdə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında ölkənin işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə   “Zəfər yolu” inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin rayon mərhələsində 39 ümumtəhsil müəssisəsi üzrə 54 nəfər şagird iştirak edib..İştirakçılar “Zəfər yolu” inşa müsabiqəsi üçün nəzərdə tutulmuş 16 mövzudan biri üzrə sərbəst şəkildə  inşa yazmışdır. Rayon Təhsil şöbəsində yaradılmış müvafiq komissiya tərəfindən ən yaxşı bir inşa yazı işi müəyyənləşdirilib 12 oktyabr 2021-ci il tarixədək Təhsil Nazirliyinə göndəriləcəkdir.


Açar sözlər: ,  ,