26.06.2021

26 iyun Silahlı Qüvvələr günüdür!

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 26- iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibət ilə tədbir keçirib.

Tədbiri UGİM-in direktoru Gövhər Rəhimova açdı. 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibət ilə Azərbaycan xalqını və tədbir iştirakçılarını təbrik etdi. UGİM-in dərnək üzvləri Silahlı Qüvvələr gününə, həsr edilmiş şeirlər söylədilər, məlumatlar verdilər.

Tədbirin sonunda UGİM-in direktoru Gövhər Rəhimova 2020- 2021-ci tədris ilində onlayn tədbirlərdə fəal iştirak edən dərnək üzvlərini diplomla təltif etdi.


Açar sözlər: ,  ,