17.06.2021

“Yay məktəbi” davam edir

Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 43 ümumi təhsil müəssisəsini əhatə edən “Yay məktəbi”nin ilk həftəsi başa çatıb.

“Yay məktəbi”nə rayon üzrə I-X sinif şagirdlərindən 3178 nəfəri qeydiyyatdan keçib.

 “Yay məktəbi”nin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.


Açar sözlər: ,  ,