15.06.2021

Azadlıq və İstiqlaliyyət hər bir xalqın milli sərvətidir

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 15- iyun Milli Qurtuluş Günü ilə əlaqədar "Azadlıq və İstiqlaliyyət hər bir xalqın milli sərvətidir." adlı tədbir keçirib. Tədbiri UGİM-in direktoru Gövhər Rəhimova açdı. 15-iyun Qurtuluş gününün tarixi və xalqımızın, dövlətimizin taleyində əhəmiyyətindən danışaraq bildirdi ki, Milli Qurtuluş Günü” 1993 -cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirdiyi gündür.

UGİM-in dərnək üzvləri Qurtuluş gününə həsr edilmiş şeirlər söylədilər. Tədbirin sonunda UGİM-in direktoru Gövhər Rəhimova 2020- 2021 tədris ilində onlayn tədbirlərdə fəal iştirak edən dərnək üzvlərini diplomla təltif etdi.


Açar sözlər: ,  ,