14.06.2021

Qazax məktəblərində “Son zəng” çalınıb

İyunun 14-də Qazax  rayonun ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbirləri keçirilib.

Tədbirlərdə Qazax  Rayon Təhsil Şöbəsinin (RTŞ) rəhbərliyi, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.

Tədbir zamanı məktəb məzunları mahnı və rəqslərdən ibarət müxtəlif kompozisiyalar nümayiş etdiriblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Qazax RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 1063, XI siniflərini isə 718 nəfər bitirib.


Açar sözlər: ,  ,  ,