09.06.2021

"Yolunuzu bizdən salın!” mövzusunda onlayn yarışın final mərhələsi olub

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarışın final mərhələsi olub.

Respublika üzrə keçirilən onlayn yarışlarda ümumilikdə 250 uşağı əhatə edən 47 rayonun uşaq-gənclər inkişaf mərkəzləri iştirak edib. Onlardan Oğuz, Şuşa, Ucar, Tovuz, Salyan rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları III yerə, Gəncə şəhər, Quba, Yevlax, Samux, Balakən rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları II yerə, Qusar, Şirvan, Qazax, Göygöl, Qubadlı rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları I yerə layiq görülüb.

Respublika üzrə keçirilən onlayn yarışlarda I yerləri tutan, Qusar, Qubadlı, Göygöl, Qazax, Şirvan rayon və əvvəlki yarışlarda qalib olmuş Sumqayıt şəhər 1 nömrəli, Mingəçevir şəhər uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri yenidən final mərhələsində görüşüb.

Məqsəd Respublika üzrə onlayn yarışların qaliblərini müəyyənləşdirmək, müxtəlif bölgələrdə təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaqdan  ibarət olub.

Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Kamran Məmmədov, Mingəçevir  şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Xətai Məmmədov, şəhər Təhsil Şöbəsinin müdir müavini Zamiq Cəfərov, Qazax rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Vüqar Məmmədov, Qubadlı rayon  Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Təbriz Şamxalov, Qusar rayon  Dövlət Yol Polisi İdarəsinin polis mayoru Natiq Müzəffərov, Göygöl rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Fariz Əliyev, Şirvan şəhər  Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Sadiq Əliyev, Bakı şəhər  1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.

Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova olub.

Yarış Sumqayıt şəhər 1 nömrəli, Mingəçevir şəhər, Qusar, Qubadlı, Göygöl, Qazax, Şirvan rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 7 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 35 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb.

Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olunub.

Final yarışının nəticəsinə görə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin komandası I, Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası II, Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası isə III yerə layiq görülüblər.