07.06.2021

Qarabağ müharibəsi veteranlarının iştirakı  ilə görüş

07.06.2021-ci il tarixdə Qazax şəhər S.Vurğun adına 2 nömrəlili tam orta məktəbinin pedaqoji kollektivi və Qarabağ müharibəsi veteranlarının iştirakı  ilə görüş keçirilib.

İlk öncə Qarabağ müharibəsi veteranları məktəblə tanış oldular. Tədbiri giriş sözü ilə məktəbin direktoru Murğuz Mustafayev bu gün əlamətdar günlərdən biri olduğunu, respublikamızın qəhrəman oğullarının məktəblilərlə görüşə gəldiklərini, veteranlarımızın bizim canlı tariximiz olduğunu qeyd etdi.

Daha sonra veteranlar öz ürək sözlərini məktəblilərə, pedaqoji kollektivə isə minnətdarlıqlarını bildirdilər.  Tədbirdə Xanbabayev Vaqif Fərrux oğlu (I Qarabağ müharibəsi qazisi), Əliyev İlqar Cahangir oğlu (l Qarabağ müharibəsi iştirakçısı), Musayev Fariz Nüsrəddin oğlu ( I Qarabağ müharibəsi iştirakçısı), Əliyev Xəyyam Şəadət oğlu (ll Qarabağ müharibəsi qazisi), Hüseynov Vüqar Məmməd oğlu (ll qarabağ müharibəsi iştirakçısı) iştirak ediblər.


Açar sözlər: ,  ,