07.06.2021

Yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma

Qazax rayon ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi prosesi mütəmadi olaraq davam etdirilir.

Növbəti tədbir İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin IX-XI sinif şagirdləri arasında keçirildi.

Mövzu ilə bağlı məktəbin texnologiya müəllimi Mətləb Cəfərov  məlumat verib, mövzunun aktuallığını nəzərə çatdırıb. O, əmək bazarına daxil olmağa hazırlaşan gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğuladı. Əmək bazarının tənzimlənməsində, peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçiminin vacib amillərdən olduğunu, peşəyönümü tədbirlərinin də bu məqsədə yönəldiyini qeyd edib.

Mövzu şagirdlərin böyük marağına səbəb olmuş, yuxarı sinif şagirdlərinin meyl və maraqları, gələcək seçimləri barədə fikirləri dinlənilmiş, onlarla peşə seçimi ilə bağlı geniş və maraqlı diskussiyalar aparılıb.  


Açar sözlər: ,  ,