01.06.2021

1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” 

Qazax rayon Təhsil Şöbəsi tərəfindən 2020-2021-ci tədris ilində rayonun təhsil müəssisələri üzrə buraxılış imtahanları, fənn olimpiadaları, müxtəlif idman  yarışları və müsabiqələrdə nailiyyət əldə etmiş şagirdlər 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar təşəkkürnamə ilə təltif edilib, müxtəlif hədiyyələr verilib.

Buraxılış imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərən şagird:-1 nəfər

Respublika Fənn olimpiadasında  final mərhələsinə vəsiqə qazanan şagirdlər:-4 nəfər

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ” Xəmsə şagirdlərin gözü ilə “ adı altında keçirilən  əl işi nominasiyası üzrə müsabiqənin qalibləri:-3 nəfər

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ” Xəmsə şagirdlərin gözü ilə “ adı altında keçirilən rəsm nominasiyası üzrə müsabiqənin qalibləri:-3 nəfər

Yol hərəkətinin təhlükəsizliyinə görə  “Yolunuzu bizdən salın!”  mövzusunda keçirilinən yarışında iştirak edən və I yerin qalib olan “Göyəzən “ komandasının üzvləri:-5 nəfər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat müsabiqəsinin  Respublika mərhələsində iştirak etdiyinə görə-1 nəfər

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş dama üzrə (blitz) onlayn yarışların respublika turnirinin qalibi-3 nəfər


Açar sözlər: ,