27.05.2021

28 May Respublika Gününə həsr olunan tədbirlər  təşkil edilib

Qazax rayon ümumtəhsil müəssisələrində 28 May Respublika Gününə həsr olunan tədbirlər təşkil edilib.

Tədbirlərdə  ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

"Bir kərə yüksələn bayraq bir daha enməz!", "Cümhuriyyət tariximizin qızıl səhifəsidir", "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır", "Azərbaycanın dünəni və bu günü", “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı tədbirlərdə şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,