08.05.2021

Qazax Rayon Tarix Diyarşünaslıq muzeyinə ziyarət

Bu gün Q.Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin müəllim və IX sinif şagirdləri Qazax Rayon Tarix Diyarşünaslıq muzeyini ziyarət edib. Muzeyin direktoru Gülnaz Alışanova və məktəbin direktoru Yeganə Göyüşlü Ulu Öndərin nəsillərə örnək həyatı və siyasi fəaliyyətindən dəyərli məlumatlar verdilər.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində Möhtəşəm Qələbəmizi reallaşdıran uzaqgörən hərbi, iqtisadi daxili və beynəlxalq siyasətindən, qiymətli tarixi şəhərimiz Şuşanın azad olunması münasibəti ilə xalqımıza ünvanladığı möhtəşəm çıxışından nümunələr gətirdi. I Qarabağ müharibəsi Şəhidlərinə və 44 günlük Vətən müharibəsində Şəhid olmuş 50 nəfər qazaxlı  zabit və əsgərlərimizə həsr olunmuş, stendə baxış keçirildi, Aprel döyüşləri və Vətən müharibəsi Şəhidlərinə həsr olunmuş kitablarla tanış oldular.. Şagirdlərimizə hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verildi.


Açar sözlər: ,  ,