08.05.2021

Qazax rayon UGİM-i Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş onlayn tədbir keçirilib

Qazax rayon UGİM-i Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş Heydər Əliyev: “Uşaqlar ailənin, dövlətin, millətin ən qiymətli sərvətidir” adlı onlayn tədbir keçirilib.

Tədbirdə Mərkəzin dərnək rəhbərləri və dərnək üzvləri iştirak edib. Bədii qiraət dərnəyinin üzvləri dahi şəxsiyyətə həsr olunmuş ədəbi bədii kompozisiyalar və şerlər söylədilər.

Sonda uşaqlar Heydər Əliyevin uşaqlar və təhsilə aid söylədiyi qiymətli kəlamları tədbir iştirakçılarına təqdim etdilər.


Açar sözlər: ,  ,