19.02.2021

Risk qrupuna daxil olan şagirdlər" mövzusunda görüş

Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində "Risk qrupuna daxil olan şagirdlər" mövzusunda söhbət aparılıb. 

Görüşdə məktəbin psixoloqu şagirdlərə ictimai həyatda, eləcə də, məktəb həyatında düzgün davranış və daxili nizam-intizam qaydalarına riayət olunması, müasir texnologiyanın insan psixologiyasına göstərdiyi müsbət və mənfi cəhətlərin təsiri, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafı və s. mövzular haqqında şagirdlərə məlumat verib.


Açar sözlər: ,