16.02.2021

"Zərərli vərdişlər" adlı görüş keçirilib

Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin VIII-IX sinif şagirdlərinin iştirakı ilə "Zərərli vərdişlər" adlı onlayn görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd dünyanı bürüyən narkomaniya, alkoqolizm  və digər zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan haqqında şagirdlərə məlumat vermək və yeniyetmələri maarifləndirmək olub.

Konfransı giriş sözü ilə açan məktəbin psixoloqu R.Əliyeva şagirdlərə zərərli vərdişlər və onların yaratdığı fəsadlar haqqında ətraflı məlumat verib, şagirdlərə sağlam həyat tərzi sürərək zərərli vərdişlərdən uzaq durmağa səsləyib. Uşaqlara vətənimizə, millətimizə, dövlətimizə, ailələrinə yararlı və sağlam bir insan kimi yetişməyi arzuladı.

Daha sonra şagirdlərin  mövzu  haqqında araşdırmaları dinlənilib.


Açar sözlər: ,  ,