09.02.2021

Fənn olimpiadalarının rayon mərhələsinin vaxtı açıqlanıb

Qazax üzrə məktəblilərin Respublika fənn olimpiadalarının rayon mərhələsinin keçirilmə tarixləri bəlli olub.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq olimpiadanın şəhər mərhələsi fənlər üzrə müxtəlif vaxtlarda təşkil olunacaq. Belə ki, fevralın 10-da riyaziyyat və kimya, fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə olimpiada keçiriləcək.

Olimpiadaların rayon mərhələsi Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində təşkil olunacaq.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkar olunması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, olimpiadanın rayon mərhələsi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə alınmaqla, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil ediləcək.


Açar sözlər: ,  ,