19.01.2021

İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib

Yanvarın 19-da Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilib.

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunan dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin aşılanması məqsədlərinə xidmət edir.

Fənn müəllimləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə danışılıb. Şagirdlər təqdimatlarla çıxış ediblər.    


Açar sözlər: ,  ,