18.01.2021

Məktəb direktorları ilə onlayn görüş

Qazax Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə Qazax RTŞ-nin müdiri Nizaməddin Babanlı, müdir müavini  Əziz Məmmədov, metodkabinet müdiri Məhəmməd Cəfərov, və məktəb direktorları iştirak ediblər.

Nizaməddin Babanlı müəyyən edilmiş tədbirlərin istiqamətləri barədə məlumat verib və bu məsələlərə yanaşmada təşəbbüskarlığın vacibliyini diqqətə çatdırıb.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,