Açar söz: rayon təhsil şöbəsi
Nəticə tapılıb: 72
18.02.2020

Qazaxda “Ömrün payızı” adlı tədbir keçirilib

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin rayon məktəblərindən təqaüdə çıxmış müəllimlərlə görüş keçirməsi, Mərkəzin dərnək üzvləri olan körpə fidanların dilindən müəllimlərimizin ünvanına söylənilən dəyərli fikirlər, xoş sözlər bunu bir daha sübut edib. "Ömrün payızı” adlı tədbirdə körpə fidanların müəllim adını şərəf və hörmətlə daşıyan ziyalılarımız haqqında söylədikləri fikirlər bir daha onu göstərib ki, müəllim əməyi heç vaxt itmir, əksinə illər ötdükcə müəllim öz əməyinin bəhrəsini görür.

S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, şəhər və kənd məktəblərindən təqaüdə çıxmış müəllimlər, UGİM-nin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

Ətraflı
17.02.2020

Qazaxda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib

Qazax rayonunda Təhsil Nazirliyinin əmrinə əsasən “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.

Ətraflı
10.01.2020

Qazaxda 20 Yanvar faciəsinin otuzuncu ildönümü silsilə tədbirlərlə qeyd olunur

Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz il ötür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin otuzuncu ildönümü silsilə tədbirlərlə qeyd edilir.

Ətraflı
22.12.2019

Qazaxda “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilib

Qazaxda ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-51 nömrəli əmrinə əsasən "Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilib.

Ətraflı
19.12.2019

Qazax məktəblərində növbəti səyyar psixoprofilaktik tədbirlər keçirilib

Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər də diqqət mərkəzindədir. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işləri əyani şəkildə göstərir.

Ətraflı
19.12.2019

Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli F-531 nömrəli Əmrinə əsasən təsdiq edilmiş 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyinin Fəaliyyət planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi ilə bağlı respublikanın bütün ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarının 2-ci mərhələsinə uyğun şəkildə sınaq imtahanı keçirilib.

Ətraflı
12.12.2019

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də Ulu Öndərin xatirəsini yad edib

Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər

Ətraflı
20.11.2019

Qəbələ ilə tanışlıq qazaxlı məktəblilərin ürəyincə olub

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan qazaxlı məktəblilər Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabulun məktəbliləri ilə birlikdə səfər proqramına uyğun olaraq bu gün turun üçüncü günü Qəbələ rayonu ilə tanış olublar. Şagirdlərə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri, bölgənin gözəl təbiəti ilə tanış olmaq imkanı yaradılıb.

Ətraflı
19.11.2019

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə

Xəbər verdiyimiz kimi, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar yenidən start götürüb. IX-XI sinif şagirdlərinin iştirakı ilə baş tutan bu tur-aksiyalara Qazax rayonunun məktəbliləri də qatılıb.

Ətraflı
18.11.2019

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Narkomaniyaya yox deyək!” adlı aksiya keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Dövlət Proqramının icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu gün növbəti tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-516 nömrəli 28 avqust 2019-cu il tarixli əmrinə əsasən Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.

Ətraflı
18.11.2019

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüb

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.

Ətraflı
18.11.2019

Qazaxda “Rayonumuzu tanıyaq” devizi altında növbəti tur-aksiya təşkil edilib

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir ənənənin əsası qoyulub. Belə ki, rayon rəhbərinin təşəbbüsü ilə əvvəlcə "Rayonumuzu tanıyaq” devizi altında tur-aksiya təşkil olunur. Artıq ikinci ildir ki, həyata keçirilən tur-aksiya müəllim və şagirdlər tərəfindən də böyük rəğbətlə qarşılanır.

Ətraflı
14.09.2019

Qazaxlı məktəblilər artıq 3 ildir ki, bu ənənəni davam etdirirlər

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur.

Ətraflı
09.09.2019

Qazaxda icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb

Qazax Rayon İcra Hakimiyyəti başçısının 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib.

Ətraflı
27.05.2019

28 May – Respublika Günü İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində qeyd olunub

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 101 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Respublika Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ətraflı