Açar söz: şagird
Nəticə tapılıb: 130
11.11.2017

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər

Prezident İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənə şəklini alıb. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinin mühüm əhəmiyyəti vardır. 

Ətraflı
11.11.2017

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib

Qazax Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 11-14 noyabr tarixlərində respublikamızın Lənkəran-Masallı-Astara bölgələrinə ekskursiyada iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, ağsaqqallar, gənclər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak edib.

Ətraflı
10.11.2017

Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür

9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Ətraflı
10.11.2017

Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir

Qazax rayon polis şöbəsi tərəfindən narkomaniyaya, dini radikalizmə və erkən nigaha qarşı silsilə tədbirlər keçirilir.

Ətraflı
03.11.2017

Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.

Ətraflı
31.10.2017

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir

Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.

Ətraflı
23.10.2017

“Fövqaladə hallar uşaqların gözü ilə”

Qazax rayon ümümtəhsil məktəbinin I-XI sinif şagirdləri arasında 17 oktyabr 2017-ci il tarixdə  “Fövqaladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.

Ətraflı
19.10.2017

Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub

Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

Ətraflı
16.10.2017

Qazax rayonunun ümumtəhsil məktəblərində şagirdlər tibbi müayinədən keçirilir

Qazax rayon səhiyyə şöbəsinin işçiləri rayonun ümumtəhsil məktəblərində şagirdləri tibbi müayinədən keçirirlər.

Ətraflı
12.10.2017

Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub

Bu gün Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin həyətində tikilmiş Təhlükəsiz Oyun Meydançasının açılışı olub.

Ətraflı
04.10.2017

Qazax rayonunda ""Zirvə" nitellektual yarışı keçirilmişdir

"Kəpəz" MTRŞ MMC-də Azərbaycanın Qərb bölgəsi üzrə məktəblər arasında keçirilən "Zirvə" nitellektual telelahiyəsinin Qazax rayonu üzrə keçirilən yarışı 04.10.2017-ci il tarixdə Qazax şəhər 4 saylı tam orta məktəbində təşkil olunmuşdur. Yarışın lahiyə rəhbəri C.Məmmədzadə, rejissor C.Atakişiyev, praduser K.Hüseynova, Qazax RTŞ-nın aparıcı məsləhətçisi T.Səmədova və 4 saylı tam orta məktəbin direktoru M.Aşırov olmuşdur.

Ətraflı
15.09.2017

Qazaxda Bilik Günü qeyd olunub

Respublika Prezidentinin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə 15 sentyabr Azərbaycanın bütün təhsil müəssisələrində Bilik Günü kimi qeyd olunur.

Ətraflı
15.09.2017

Qazax rayon ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik duyğularını, mübarizə əzmini artırmaq üçün yeni ənənənin bünövrəsi qoyulub

Müharibə şəraitində yaşayırıq, torpaqlarımızın bir hissəsi işğal altındadır. Belə bir şəraitdə vətənpərvərlik tərbiyəsi ilə əlaqədar keçirilən hər bir tədbir təqdirəlayiqdir və xüsusi əhəmiyyət daşıyır.

Ətraflı
24.07.2017

Modul tipli məktəblərin quraşdırılması davam edir

Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir.

Ətraflı