Açar söz: məktəb
Nəticə tapılıb: 60
12.11.2019

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük təntənə ilə qeyd edib

Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Dövlət bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq və qürur mənbəyi kimi qəbul olunur. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Məhz bu səbəbdən 9 Noyabr – Dövlət Bayrağı Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu əlamətdar gün münasibətilə silsilə tədbirlər keçirilir.

Ətraflı
12.11.2019

Qazaxda məktəblərdə keçirilən səyyar psixoprofilaktik tədbirlər uğurla davam etdirilir

Hər kəsə yaxşı məlumdur ki, bütün sahələrlə yanaşı son illər ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər də daim diqqət mərkəzində saxlanılır.

Ətraflı
16.09.2019

Bu gün ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub

Bu gün ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Ətraflı
26.08.2019

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

Avqustun 26-da Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Ətraflı
27.05.2019

28 May – Respublika Günü İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində qeyd olunub

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından artıq 101 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Respublika Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ətraflı
26.02.2019

Qazaxda ümumtəhsil məktəblərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi” mövzusunda silsilə anım tədbirləri davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Respublika Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli 11 nömrəli Sərəncamlarına əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında imzaladığı 11 fevral 2019-cu il tarixli Sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış tədbirlər planındarayonun ümumtəhsil məktəblərində anım tədbirlərinin keçirilməsi də qeyd olunub.

Ətraflı
25.02.2019

İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində 21 Fevral – Beynəlxalq Ana Dili Günü qeyd edlib

Aşağı Əskipara kənd tam orta məktəbində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Doğma ana dilim” adlı ədəbi-bədii kompozisiya keçirib.

Ətraflı
08.02.2019

"İNSAN ALVERİ" ilə bağlı tədbir

Qazax şəhər İ. Qayıbov adına 3 saylı tam orta məktəbində "İNSAN ALVERİ" ilə bağlı tədbir keçirilib. 

Ətraflı
06.02.2019

Təhsil Nazirliyinin nümayəndəsi məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən məktəbdə olub

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Vaqif Əhmədovla birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində yaradılan şərait və şagirlərin dərsə davamiyyəti ilə tanış olublar.

Ətraflı
04.02.2019

Qazax rayonunda məktəb açılışı

Fevralın 4-də S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Ətraflı
09.01.2019

Qazaxda “Təhlükəsiz Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib

Neytral, müstəqil və qərəzsiz bir təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müstəsna humanitar missiyası müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarətdir. Bu cür müstəsna humanitar missiyanın daşıyıcısı olan BQXK-si tərəfindən Qazax rayonunun Kəmərli kəndində "Təhlükəsiz Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib.

Ətraflı
16.11.2018

Lənkəran rayonu ilə tanışlıq qazaxlı məktəblilərdə zəngin təəssürat oyadıb

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan qazaxlı məktəblilər Gəncə şəhərinin, paytaxtın Xətai və Səbail, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa rayonlarının məktəbliləri ilə birlikdə bu gün Lənkəran rayonuna səyahət ediblər.

Ətraflı
29.10.2018

“Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda maarifləndirici tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun təhsil müəssisələrində keçirilən maarifləndirici silsilə tədbirlər bu həftə də uğurla davam etdirilib. Belə ki, rayonun Ürkməzli, Bala Çaylı, Çaylı kənd 1 və 2 saylı tam orta məktəblərində bu cür tədbirlər keçirilib. "Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ətraflı
18.10.2018

”Dini radikalizmə qarşı mübarizədə birgə fəaliyyətin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib

 ”Dini radikalizmə qarşı mübarizədə birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Ətraflı
08.10.2018

Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.

Ətraflı