Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində 33 tam orta ,1 məktəb – lisey, 6 ümumi orta , 7 ibtidai,  5 məktəbdənkənar olmaqla cəmi 52 müəssisə fəaliyyət göstərir.

2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində 669 sinif komplektlərində 11439 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim - tərbiyəsi ilə 1715 nəfər müəllim məşğul olur.

Qazax rayonu üzrə 5 nəfər müəllim "Əməkdar müəllim " adına layiq görülmüş ,6 nəfər müəllim "Tərəqi" medalı almış ,10 nəfər müəllim " Ən yaxşı müəllim " müsabiqəsinin qalibi olmuş,3 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi "seçilmişdir.