Babanlı Nizaməddin Baba oğlu Müdir

Babanlı Nizaməddin Baba oğlu  1964-cü ildə Saatlı rayonunda ziyalı ailəsində anadan olmuşdur.1970-ci ildə orta məktəbin 1-ci sinifinə daxil  olmuş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin fakultəni  bitirmiş, təyinatla Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvü və Fiziki-kimya İnsititutuna (hazırkı Kimya Problemləri İnsititutu) göndərilmişdir.Bu insitututda o, əvvəlcə baş laborant, sonra isə böyük mühəndis vəzifəsində çalışmışdır.1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

1991-ci ilin oktyabr ayında Azərbaycan Kənd Təsərüfatı Akademiyasının (indiki Aqrar Universitet) Qazax filialında əvvəlcə baş müəllim, 1994-cü ildən  dosent vəzifəsində çalışmışdır.1995-ci və 2000-ci illərdə 2 dəfə AKTA-nın elmi şurası tərəfindən filialda fakultə dekanı seçilmiş və 2001-ci ilədək həmin vəzifədə fəaliyyət göstərmişdir.2001-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Qazax filialında direktor müavini təyin olunmuşdur.2015-ci ilin 24 iyun tarixindən hal-hazıradək Qazax RTŞ-nın müdiri vəzifəsində işləyir. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

N.B.Babanlı işlədiyi vəzifə ilə bərabər elmi işlərini də müvəffəqiyyətlə davam etdirmişdir.O, əvvəllər çalışdığı Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnsititutu və Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edərək elmi işlərinin təcrübi hissəsini həmin elmi müəssisələrin laboratoriyalarında yerinə yetirmişdir

İndiyədək onun Respublikamızın elmi jurnallarında və eləcə də xaricdə  nəşr olunan elmi toplularda 87 elmi məqaləsi çap olunmuşdur.Çap olunmuş elmi məqalələrindən 32-si Respublika, 55-i müxtəlif xarici  ölkə mətbuatında çap olunmuşdur.O, bir çox beynəlxalq konfrans və simfozumlarda  iştirak etmişdir.Bir metodik vəsaitin müəllifidir.

“Cu və Ag metallarla kalkogenidlərin və onların əsasında bəzi çoxkomponentli fəzaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Ailəlidir. 3 övladı var