19.11.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.

Ətraflı
19.11.2018

Qazaxlı məktəblilər Lənkaran-Masallı-Astaradan xoş təəssüratlarla qayıdıblar

Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.

Ətraflı
16.11.2018

Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edib

Noyabrın 16-da təhsil naziri Ceyhun Bayramov Saatlı şəhərindəki Gənclər Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Ətraflı
16.11.2018

Lənkəran rayonu ilə tanışlıq qazaxlı məktəblilərdə zəngin təəssürat oyadıb

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan qazaxlı məktəblilər Gəncə şəhərinin, paytaxtın Xətai və Səbail, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa rayonlarının məktəbliləri ilə birlikdə bu gün Lənkəran rayonuna səyahət ediblər.

Ətraflı
15.11.2018

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Ətraflı
12.11.2018

Qazaxda “Rayonumuzu tanıyaq” devizi altında ilk tur-aksiya təşkil olunub

Artıq beşinci ildir ki, Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını tanıtmaq məqsədilə təşkil olunmuş bu tur-aksiya olduqca böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya yenidən start verilib.

Ətraflı
12.11.2018

Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon turu keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin1585/02-19 saylı məktubuna əsasən, "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının birinci mərhələsi-rayon turu keçirilib. 

Ətraflı
07.11.2018

Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edəcək

Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!

Ətraflı
06.11.2018

Füzuli rayonunda “Bayraq yürüşü”

Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

Ətraflı
05.11.2018

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək.

Ətraflı
01.11.2018

Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
31.10.2018

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.

Ətraflı
29.10.2018

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi müsabiqədə iştirak edəcək

"Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi keçirilir. Müsabiqədə BMT Uşaq Fondu (UNICEF) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və IDEA İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Ətraflı
29.10.2018

“Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda maarifləndirici tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun təhsil müəssisələrində keçirilən maarifləndirici silsilə tədbirlər bu həftə də uğurla davam etdirilib. Belə ki, rayonun Ürkməzli, Bala Çaylı, Çaylı kənd 1 və 2 saylı tam orta məktəblərində bu cür tədbirlər keçirilib. "Dini radikal qrupların təbliğat metodları və onlara qarşı mübarizənin yolları” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ətraflı
26.10.2018

VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar sessiyalarla davam etdirib

Birinci plenar sessiya “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusuna həsr olunub

Ətraflı