07.02.2019

Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.

Ətraflı
06.02.2019

Təhsil Nazirliyinin nümayəndəsi məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən məktəbdə olub

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Vaqif Əhmədovla birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində yaradılan şərait və şagirlərin dərsə davamiyyəti ilə tanış olublar.

Ətraflı
04.02.2019

Direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.

Ətraflı
04.02.2019

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.

Ətraflı
04.02.2019

Qazax rayonunda məktəb açılışı

Fevralın 4-də S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Ətraflı
01.02.2019

Gənc müəllimlərlə görüş

Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.

Ətraflı
31.01.2019

Qazax rayon icra başçısı məktəblilərlə görüşüb

Qazax  rayon icra hakiniyyətinin başçısı 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Şəhidli, şahidli gecə” adlı rəsm sərgisinin iştirakçıları ilə görüşməsi də bu qayğının bariz nümunəsidir. İcra Hakimiyyətində keçirilən görüşdə sərgidə əsərləri nümayiş olunan və şeir söyləyən S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin şagirdləri, müəllimləri, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və dərnək rəhbərləri iştirak ediblər.   

Ətraflı
25.01.2019

Məktəblərdə qış tətili başlayır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Ətraflı
24.01.2019

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

Ətraflı
18.01.2019

Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Ətraflı
17.01.2019

Təhsil nazirinin Neftçala şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Ceyhun Bayramovun Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin 18 yanvar 2019-cu il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Ətraflı
16.01.2019

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Ətraflı
16.01.2019

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Ətraflı
14.01.2019

Gənc müəllimlər üçün Yaponiyada təqaüd proqramı

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən "Gənc müəllimlər üçün təlim təqaüd proqramı” (Kyokensei) elan olunub.

Ətraflı