31.10.2017

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir

Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.

Ətraflı
29.10.2017

Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir

Bu gün əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biridir. Mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdəndir.

Qazax rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2017-ci il tarixdə təsdiq etdiyi təqvim planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda silsilə tədbirlər davam edir.

Ətraflı
23.10.2017

“Fövqaladə hallar uşaqların gözü ilə”

Qazax rayon ümümtəhsil məktəbinin I-XI sinif şagirdləri arasında 17 oktyabr 2017-ci il tarixdə  “Fövqaladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.

Ətraflı
21.10.2017

Rayonun təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir

Qazax rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2017-ci il tarixdə təsdiq etdiyi təqvim planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir. 

Keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti başçısının aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, təhsil müəssisələrinin direktorları, müəllimlər, tələbələr və şagirdlər iştirak edirlər.

Ətraflı
19.10.2017

Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub

    Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

"Ulu Öndərin özü qədər əbədi müstəqillik" mövzusunda keçirilən tədbirdə Qazax şəhər 1, 2, 3, 4, 5 saylı məktəblərin, məktəb lisey və əsas məktəbin şagirdləri iştirak ediblər.

12.10.2017

Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub

Bu gün Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin həyətində tikilmiş Təhlükəsiz Oyun Meydançasının açılışı olub. 

Açılış mərasimində rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi və KİV nümayəndələri iştirak edib. 

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək Litva səfirinə bu gün Qazax rayonunda həyata keçirilən layihəyə, Təhlükəsiz Oyun Meydançasına görə minnətdarlığını bildirib. Ümidvar olduğunu qeyd edib ki, əməkdaşlığımız bundan sonra da davam edəcək və Qazax rayonunda daha böyük işlər görüləcəkdir. 

06.10.2017

Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

    Bu gün respublikanın hər yerində olduğu kimi rayonumuzda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə rayonda çalışan müəllimlər, məktəb direktorları, qabaqcıl təhsil işçiləri və KİV nümayəndələri iştirat edib.
    Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb və abidəsi önünüə gül-çiçək dəstələri qoyulub.

Ətraflı
04.10.2017

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə yekun vurulub

Sentyabr 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.