10.11.2017

Qazax rayon polis şöbəsinin keçirdiyi silsilə tədbirlər davam edir

Qazax rayon polis şöbəsi tərəfindən narkomaniyaya, dini radikalizmə və erkən nigaha qarşı silsilə tədbirlər keçirilir.

Ətraflı
10.11.2017

Qazaxda təhsil sahəsinə diqqət və qayğı daha da artır

Qazax rayonunda bütün sahələrlə yanaşı təhsil sahəsinə də daim diqqət və qayğı göstərilir. Təhsilin keyfiyyətinin artırılması və davamiyyətin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2016-2017-ci tədris ilində işçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 

Ətraflı
04.11.2017

Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub

Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub. Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın doğulduğu Aşağı Əskipara kənd sakinləri, RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Ehtiyatda olan zabitlər” Konfederasiyasının rayon şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak etmək üçün Şəhidlər Xiyabanına gəlib.

Ətraflı
03.11.2017

Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.

Ətraflı
31.10.2017

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir

Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.

Ətraflı
30.10.2017

Yeni Azərbaycan Partiyasının  25 illiyi qeyd edilmişdir

Qazax rayon Təhsil Şöbəsinnin akt zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar olaraq iclas keçirilmişdir. Tədbirdə YAP Qazax rayon təşkilatının nümayəndələri və təhsil şöbəsinin işçiləri iştirak etmişdir.

Ətraflı
30.10.2017

Şəhidlərin xatirəsi yad edilir

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və sağlam həyat tərzinin təbliğ olunması məqsədilə  28-29 oktyabr  2017-ci il tarixdə Qazax rayon Islam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin idman zalında şəhidlərin xatirəsinə həsr olunmuş, boks turniri keçirilib.

Ətraflı
29.10.2017

Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir

Bu gün əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biridir. Mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımi biliklərin öyrədilməsi və bu sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdəndir.

Ətraflı
23.10.2017

“Fövqaladə hallar uşaqların gözü ilə”

Qazax rayon ümümtəhsil məktəbinin I-XI sinif şagirdləri arasında 17 oktyabr 2017-ci il tarixdə  “Fövqaladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilmişdir.

Ətraflı
21.10.2017

Rayonun təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir

Qazax rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2017-ci il tarixdə təsdiq etdiyi təqvim planına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda seminar-müşavirələr keçirilir.

Ətraflı
19.10.2017

18 oktyabr Müstəqillik günü rayonun ümumtəhsil məktəblərində qeyd olundu

18 oktyabr Müstəqillik günü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilmişdir.

Ətraflı
19.10.2017

Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi günü qeyd olunub

Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

Ətraflı
16.10.2017

Qazax rayonunun ümumtəhsil məktəblərində şagirdlər tibbi müayinədən keçirilir

Qazax rayon səhiyyə şöbəsinin işçiləri rayonun ümumtəhsil məktəblərində şagirdləri tibbi müayinədən keçirirlər.

Ətraflı
12.10.2017

Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub

Bu gün Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin həyətində tikilmiş Təhlükəsiz Oyun Meydançasının açılışı olub.

Ətraflı
06.10.2017

Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bu gün respublikanın hər yerində olduğu kimi rayonumuzda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə rayonda çalışan müəllimlər, məktəb direktorları, qabaqcıl təhsil işçiləri və KİV nümayəndələri iştirat edib.

 

Ətraflı