21.02.2018

“Təhsildə keyfiyyət ili” ilə əlaqədar Qazax rayonunun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə monitorinqlər davam edir

2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar Qazax rayonunun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənlərin tədrisi vəziyyətinin öyrənilməsi, təlimin təşkilində fənn müəllimlərinə lazımı metodiki köməklik göstərilməsi üçün tədris ilinin II yarımilində rayon Təhsil Şöbəsinin metodistləri və qabaqcıl fənn müəllimlərindən ibarət yaradılmış işçi qrupu tərəfindən ümumtəhsil məktəblərində  bütün fənlər üzrə keyfiyyət baxımından qiymətləndirilməsi davam etdirilir

Ətraflı
19.02.2018

Muzeylə tanışlıq məktəblilərin ürəyincədir

Vətənini, yaşadığın ərazinin, şəhərin, rayonun tarixini, dünəni, bu gününü bilmək hər bir vətəndaşın ən ümdə borcudur.

Ətraflı
19.02.2018

Qazaxda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib

Qazax rayonunda Təhsil Nazirliyinin əmrinə əsasən “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.

Ətraflı
16.02.2018

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
14.02.2018

"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi

Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Ətraflı
07.02.2018

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə

Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Ətraflı
05.02.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Qazax rayonunda respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib. Şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə keçirilən bilik yarışında məktəb mərhələsində keçib rayon mərhələsinə vəsiqə qazanmış şagirdlər iştirak ediblər. Növbəti mərhələdə IX-X və XI sinifdə təhsil alan 374 şagird öz biliyini nümayiş etdirib.

Ətraflı
04.02.2018

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Ətraflı
02.02.2018

Qazaxda 2 fevral - Gənclər Günü qeyd olunub

Qazax rayonunda 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Gənclər Mərkəzində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr iştirak edib.

Ətraflı
31.01.2018

Gənc rəssam Akif Əmirov Qazaxda yeni layihə həyata keçirir

Gənc rəssam, həmyerlimiz Akif Əmirovun imzası sənətsevərlərə yaxşı tanışdır. O, YBT (Yalnızca Barışa Tarafız) Birliyinin Azərbaycan təmsilçisi, UASB (Uluslararası Aktivist Sanatçılar Birliyi)-nin üzvü olmaqla dəfələrlə respublikamızı xarici ölkələrdə təmsil etmişdir. A.Əmirovun rəssamlıqla yanaşı, ölkəmizdə bir çox sərgilərin təşkil edilməsində də zəhməti böyükdür. O, xüsusilə doğulub boya-başa çatdığı Qazax rayonunda respublikamızın tanınmış rəssamlarının iştirakı ilə sərgilər təşkil etmiş, rayonda bu sahədə istedadı olan uşaqların üzə çıxarılıb tanınmasında öz əməyini əsirgəməmişdir. Bununla yanaşı, Qazaxda bir çox layihələr həyata keçirmişdir.

Ətraflı
31.01.2018

20 Yanvar faciəsi Qazaxın məktəblərində qeyd olunub

20 Yanvar faciəsinin 28-ci il dönümü ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da dərin ehtiramla yad edilir. Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun 28 dekabr 2017-ci il tarixli sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil müəssisələrində faciənin ildönümü geniş şəkildə qeyd olunur.

Ətraflı
23.11.2017

Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

 Qazax rayonunun məktəblərində təhsil alan IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib.

Ətraflı
11.11.2017

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər

Prezident İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənə şəklini alıb. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinin mühüm əhəmiyyəti vardır. 

Ətraflı
11.11.2017

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib

Qazax Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 11-14 noyabr tarixlərində respublikamızın Lənkəran-Masallı-Astara bölgələrinə ekskursiyada iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, ağsaqqallar, gənclər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak edib.

Ətraflı
10.11.2017

Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür

9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Ətraflı