17.02.2020

Qazaxda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədilə 2019-2020-ci tədris ilində də Qazax rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında bədii əsər oxumağa meyil və maraq göstərən şagirdlərin aşkara çıxarılmasına həsr edilmiş, məqsədyönlü işlər həyata keçirilmişdir.

15 fevral 2020-ci il tarixdə S.Vurğun adına Qazax şəhər 2N-li tam orta məktəbdəAzərbaycan Respublikası Təhsil Nazirinin 29 noyabr 2019-cu il F-703 saylı əmrinə əsasən  “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. 

Ümumtəhsil məktəblərinin VIII, IX, X və XI sinif şagirdləri arasında keçirilən müsabiqədə 152 nəfər şagirdin iştirakı təmin edilmişdir.Müsabiqənin şərtlərinə görə ən yüksək nəticə göstərən 3 nəfər şagird “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsində iştirak edəcəkdir.

2018-2019-cu tədris ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsində iştirak edən Qazax rayon A.Məhərrəmov adına  Yuxarı Əskipara kənd tam orta məktəbin IX sinif şagirdi Nəbiyeva Aysu İsmayıl qızı müsabiqənin qalibi olmuşdur və Təhsil Nazirinin III dərəcəli diplomuna layiq görülmüşdür.


Açar sözlər: ,  ,