13.12.2019

“Məktəb və Teatr” lahiyəsinin bağlanış mərasimi keçirildi

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olmuş Qazax rayon İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin “Məktəb və Teatr” lahiyəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimindən Qazax Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev, valideyinlər, məktəbin müəllim və şagirkollektivi iştirak etdi. Layihə rəhbəri Yaşar Əliyev  layihənin yekun hesabatı barədə qısa məlumat verdi. Ekspert və rejisor lahiyənin icrası ilə baglı məlumat verdilər.

 İ.Nəsibov adeına Aşağı Əskipara kənd tam orta  məktəbin şagirdləri tərəfindən hazırlanmış  M.F.Axundovun “Sərgüzəşdi -Mərdi-Xəsis” (Hacı Qara) tamaşası nümayiş etdirildi. Şagirdlərin çıxışı alqlşlarla qarşılandı. Sonda tamaşada iştirak edən şagirdlərə hədiyyələr təqdim olundu.