12.12.2019

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də Ulu Öndərin xatirəsini yad edib

Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova  tədbiri giriş sözü ilə açaraq böyük şəxsiyyətin həyat və siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verib. Bu gün Heydər Əliyevin amallarının, bütün mənalı ömrünü həsr etdiyi, canından ziyadə sevdiyi, özünün şah əsəri olan müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edib. Dahi şəxsiyyətin xalqına miras qoyduğu Azərbaycanın inkişafı naminə yürütdüyü məqsədyönlü siyasətin, xalqına olan sevgisinin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən olduğu kimi icra edildiyini bildirib.

Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək ölkədə sabitliyin əldə olunmasında, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində Ümummilli Lider Heydər Əliyevin saysız-hesabsız xidmətləri olduğunu vurğulayıb və bu haqda ətraflı məlumat verib.

Sonra məktəbin şagirdlərindən Halə Camalova, Əsmər Hüseynova, Səadət Camalova, Əsgər Hacıyev, Nərmin İsgəndərova və başqaları Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbir dahi şəxsiyyətə həsr olunmuş anım filminin izlənməsi ilə başa çatıb.


Açar sözlər: ,