26.02.2019

Qazaxda ümumtəhsil məktəblərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi” mövzusunda silsilə anım tədbirləri davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Respublika Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli 11 nömrəli Sərəncamlarına əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında imzaladığı 11 fevral 2019-cu il tarixli Sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış tədbirlər planındarayonun ümumtəhsil məktəblərində anım tədbirlərinin keçirilməsi də qeyd olunub.

Milli Qəhrəman F.Şamoyevin adını daşıyan Qazax şəhər 4 saylı tam orta məktəbdə də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Milli Qəhrəman İ.Qayıbovun adını daşıyan Qazax şəhər 3 saylı tam orta məktəbdə də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbdə də Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş ”Biz işğalla barışmayacağıq” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.  Əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi dərin hüznlə yad edilib.

Xocalı faciəsinin 27-ci ildönümü A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbindədə qeyd olunub.

Aslanbəyli kənd tam orta məktəbində də Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 İ.Nəsibov adına Aşağı Əskipara  kənd tam orta məktəbində də Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində də Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Xocalı faciəsinə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səslənib.