25.02.2019

İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində 21 Fevral – Beynəlxalq Ana Dili Günü qeyd edlib

İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində Beynəlxalq Ana Dili Günü kimi qeyd olunub. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Aşağı Əskipara kənd tam orta məktəbində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Doğma ana dilim” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev dilimizin  keçdiyi  inkişaf  mərhələlərindən, onun  tədrisi  üçün  yaranmış imkanlardan, dilimizin  qorunması  və  zənginləşdirilməsi  istiqamətində  dövlət  səviyyəsində  görülmüş  işlərdən danışıb.

Məktəblilərdən Zeynəb Əlizadə, Ülvi Alməmmədli, Nuranə Babayeva, Aytən Pənahova, Rəvan Sadıqov, Hümbət Əliyev və başqaları dilimizə həsr olunmuş səhnəciklər göstərib. "Lalə” rəqs qrupunun rəqsləri tədbir iştirakçılarının zövqünü oxşayıb. Sonda "Mənim can dilim” adlı sərgiyə baxış olub.


Açar sözlər: ,  ,