12.11.2018

Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon turu keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin1585/02-19 saylı məktubuna əsasən, "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının birinci mərhələsi-rayon turu keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən intellektual oyunda 14-17 yaşlı yeniyetmələr iştirak edib. 

Rayon Gənclər Mərkəzində keçirilən oyuna Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və rayonun orta ümumtəhsil məktəblərindən və müstəqil komandalar olmaqla, ümumilikdə 24 komanda qatılıb. Ümumilikdə, 120 nəfər yeniyetmə qalib adı uğrunda mübarizə aparıb. 

Oyunun yekun nəticələrinə görə Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin "Empire" komandası birinci, müstəqil komandalardan "Stronsium" ikinci, "Zirvə” isə üçüncü yerə layiq görülüblər.

Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, I, II, III yeri tutmuş komandaların üzvləri isə Diplomla təltif olunublar.