13.09.2018

Qazaxda Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin baş məsləhətçisi Piralı Əliyev,6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, təhsil sahəsində çalışan qabaqcıl müəllimlər, məktəb direktorları, qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlar, KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti, mərkəz tərəfindən təhsil sahəsində görülən işlərlə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, hər tədris ilində mərkəzlə məktəblər əlaqəli şəkildə işlərini qurur və mütəmadi olaraq "Açıq qapı” günləri təşkil olunur. Tarixi günlərlə bağlı silsilə tədbirlər keçirilir.

Sonra konfrans iştirakçıları şəhərin mərkəzində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə salınmış Şəhidlər Xiyabanında olub, əziz xatirələrini dərin ehtiramla anıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ədəbiyyat Muzeyində keçirilən konfransı giriş sözü ilə açaraq yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, Аzərbаycаn elminin, təhsilinin inkişafı görkəmli dövlət xadimi Hеydər Əliyеvin аdı ilə bаğlıdır. Ölkəyə rəhbərliyinin bütün dövrlərində ulu öndər bu sаhəyə diqqət və qаyğısını əsirgəməmiş, dаim еlmin, təhsilin himаyədаrı kimi çıхış еtmişdir. Görkəmli dövlət xadimi Hеydər Əliyеv еlmin, təhsilin inkişаfınа milli dövlət quruculuğu prоsеsinin zəruri əsаsı kimi yаnаşmış, хаlqın intеllеktuаl səviyyəsinin аrtırılmаsını ən vаcib vəzifələrdən biri kimi qarşıya qoymuşdur.

Respublikanın hər yerində olduğu kimi, "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövr ərzində diqqət mərkəzində olmuş, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni daha müasir binalarda fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlamışdır. 2018-2019-cu tədris ilində BDU-nun Qazax filialına əlavə 4-ü yeni ixtisas olmaqla, ümümilikdə 17 ixtisas üzrə qəbul aparılmışdır. 2017-2018-ci tədris ilində 390 tələbə qəbul olduğu halda, bu il, 2018-2019-cu tədris ilində qəbul olanların sayı 172 nəfər artaraq 562 nəfər olmuşdur. Filiala 2018-2019-cu tədris ilində 600 baldan yuxarı 1 tələbə, 500 baldan yuxarı 4 tələbə, 400 baldan yuxarı 16 tələbə, 300 baldan yuxarı 172 tələbə qəbul olmuşdur. 2018-2019-cu tədris ilində BDU-nun Qazax filialına respublikanın müxtəlif regionlarından qəbul olmuş 562 tələbədən 78-i Qazax, 41-i Ağstafa, 40-ı Tovuz, 32-si Şəmkir, 27-si Ağdam, 25-i Bərdə, 23-ü Bakı, 20-si Gəncə, 20-si Kəlbəcər, 18-i Gədəbəy, 18-i Goranboy, 14-ü Füzuli, 11-i Laçın, 11-i Tərtər, 9-u Ağcabədi, 9-u Şəki, 8-i Cəbrayıl, 8-i Masallı, 8-i Şamaxı və digər rayonlardandır.

Rayon rəhbəri bildirib ki, təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 olmuşdur. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600 baldan yuxarı toplayanlardır.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı geniş hesabat məruzəsi ilə çıxış edərək 2017-2018-ci tədris ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, ötən tədris ilində əldə edilən uğurların bünövrəsində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təhsilə göstərdiyi diqqət və qayğı dayanır. Rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılmış işçi qrupunun fəaliyyəti isə təqdirəlayiqdir. İşçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır.

Qeyd edib ki, 2017-2018-ci dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi ümumi təhsilin keyfiyyətinin daim diqqətdə saxlanmasının real nümunəsidir. Bu və ya digər məsələlərin icrası ilə əlaqədar məqsədyönlü işlər həyata keçirilmişdir. Təhsil  islahatlarına başlanıldığı vaxtdan məktəb tikintisi də prioritet sahəyə çevrilmişdir. Xüsusilə  Prezident İlham Əliyevin  hakimiyyəti dövründə bu sahədə çox mühüm  nailiyyətlər əldə olunmuşdur. Bunun nəticəsidir ki, hətta ən ucqar dağ kəndlərində belə yeni təhsil ocaqları tikilərək istifadəyə verilib. Sosial-iqtisadi vəziyyətin çətin olduğu dövrdə də məktəb tikintisi diqqətdən yayınmır, yeni məktəblər inşa edilir, əsaslı təmir işləri həyata keçirilir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, 2017-2018-ci il tədris ilində Qazaxda S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb əsaslı təmir olunur, Xanlıqlar və Daş Salahlı kənd 1 saylı tam orta məktəblərində cari təmir işləri həyata keçirilir.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən hər il mütəmadi olaraq təşkil olunan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayonumuzun 80 nəfər təhsildə fərqlənən məktəblilərin payız tətilində Qəbələ və Şəki bölgəsinə, yaz tətilində isə respublikamızın Lənkəran və Astara bölgəsinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyaların keçirilməsində məqsəd respublikamızın bölgələrinə səyahət etmək, orada olan tarixi yerlər, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaqdan ibarətdir. Yeniyetmə və gənc nəsilin vətənpərvər ruhda tərbiyə olunmasında "Ölkəmizi tanıyaq” tur-aksiyasının böyük rolu olduğunu nəzərə alaraq bu cür tur-aksiyaların İcra Hakimiyyəti tərəfindən bundan sonra da vaxtaşırı təşkil ediləcəyi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.

2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 5 oktyabr - Beynəlxalq Müəllim Günü ilə əlaqədar ümumtəhsil məktəblərinin təlim-tərbiyə prosesinin təşkilində yüksək nəticələr əldə etmiş qabaqcıl təhsil işçiləri Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Hüseynxanova Xatın Zakir qızı "Əməkdar müəllim”, M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Rəhilə Alı qızı "Tərəqqi” medalı fəxri adları, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məkrtəbin fizika müəllimi Qayayeva Yasəmən Naib qızı ”Qabaqcıl Təhsil İşçisi” döş nişanı, Q.Hacımahmudova şəhər ümumi orta məktəbin direktoru Göyüşlü Yeganə Göycə qızı isə "Fəxri Fərman”la təltif edilmişdir.

Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında ümumtəhsil məktəbinin rolu danılmazdır. Ümumi təhsilin inkişaf səviyyəsindən təhsil sisteminin sonrakı pillələrinin inkişafı çox asılıdır. Çünki ümumi təhsil əsasdır, özüldür, təməldir. Bu özül nə qədər möhkəm olarsa, təhsil sistemi bütövlükdə o qədər güclü olar.

Ümumtəhsil məktəblərinin 1 saylı hesabatına görə dərs ilinin əvvəlində şagirdlərin sayı 12687 nəfər (888 nəfər məktəbə hazırlıq, 11799), dərs ilinin sonunda isə şagirdlərin sayı 12579 nəfər (872 nəfər məktəbə hazırlıq, 11707) olmuşdur. Dərs ili ərzində təhsil müəssisələrindən gedənlərin sayı 416 nəfər, dərs ili ərzində təhsil müəssisələrinə qəbul olanların sayı isə 308 nəfər olmuşdur.

Şəhər 4 N-li tam orta məktəb, Ağköynək, Yuxarı Əskipara, Hüseynbəyli, Kosalar, Xanbağı, Birinci Şıxlı, Çaylı kənd 2 N-li, Daş Salahlı kənd 1N-li tam orta məktəblərində təhsildən yayınma halları olmuşdur ki, bunun da qarşısı alınmışdır. 2017-2018-ci tədris ilində Təhsil şöbəsi tərəfindən Rayon İcra Hakimiyyətinin yaxından iştirakı ilə şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması, bu sahədə məktəb və sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi, məsuliyyətlərinin artırılması ilə əlaqədar vaxtaşırı olaraq reydlər keçirilmiş, dərsdən yayınma hallarına yol verən şagirdlərin dərsə cəlb edilməsi ilə bağlı ciddi işlər görülmüşdür. Keçirilən tədbirlər nəticəsində ümumtəhsil məktəblərinin fəaliyyətində ciddi dönüş yaranmışdır. Tədris ili ərzində şəhər 2 N-li, Daş Salahlı 1,2 N-li, Kosalar, Ağköynək, Çaylı 2N-li tam orta və Qarapapaq kənd ümumi orta məktəblərində şagirdlərin davamiyyəti qismən zəif olmuşdur. Aparılan müvafiq tədbirlər nəticəsində bütün ümumtəhsil məktəbləri üzrə şagirdlərin dərsə davamiyyəti yaxşılığa doğru dəyişmişdir. "Ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə keçirilməsi barədə” Təhsil Nazirliyinin Əmrinə uyğun olaraq rayonun məktəblərində iş rejimi təkmilləşdirilmiş, 46 ümumtəhsil məktəbindən  45-i  bir növbədə, 1-i isə iki növbədə işləmişdir. Rayon üzrə 12687 nəfər şagirddən 117 nəfəri, yəni 0,9 %-i ikinci növbədə təhsil almışdır.

2017-2018-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən göndərilən 43800 ədəd dərslik Qazax rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə verilmişdir.

Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. 2017-2018-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən 38 kompyuter dəsti, 106 ədəd noutbuk ümumtəhsil məktəblərinə verilmişdir. Təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramınn icrası nəticəsində hazırda hər 18 (ötən il 20) şagirdə bir kompyuter düşür. Rayonun 38 (ötən il 36) məktəbi internet şəbəkəsinə qoşulmuşdur.

Son dövrlərdə Təhsil Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, yeni idarəetmə modelinin tətbiqi sahəsində əhəmiyyətli addımlar atılmışdır. Belə addımlardan biri XI sinfi bitirən şagirdlərin hamısına attestat almaq hüququnun verilməsi olmuşdur. Bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları xeyli artmışdır. Bu il rayonun IX siniflərini bitirən 1002 nəfər, XI sinfi bitirən 676 nəfər attestat almışdır. 2017-2018-ci dərs ilində rayon Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 12579 nəfər şagirdin təlim tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olmuşdur.

Təhsil Nazirliyinin "Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” müvafiq Əmrinin icrası daim diqqət mərkəzində olmuşdur. Ümumilikdə müəllimlərin işə qəbulu müsabiqəsindən keçən 41 nəfər gənc müəllim rayonun ümumtəhsil məktəblərində ixtisaslarına uyğun olaraq işlə təmin olunmuşdur. Onlardan 20 nəfər Qazax rayonunda qeydiyyatda olan fənn müəllimləridir. 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 mart 2016-cı il tarixli, 143 nömrəli Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalarına uyğun olaraq rayonun Kosalar, İkinci Şıxlı tam orta, Birinci Şıxlı, Fərəhli kənd ümumi orta məktəblərinin vakant olan direktor vəzifəsinə məktəb direktorları təyin olunmuşdur. 2018-2019-cu tədris ilində şəhər 3 N-li, Canalı kənd tam orta, Xanlıqlar, Barxudarlı, Qarapapaq kənd ümumi orta məktəbləri üzrə vakant direktor  vəzifələri direktorların işə qəbulu müsabiqəsinə təqdim edilmişdir.

2017-2018-ci tədris ili təlim-tərbiyə prosesinin təşkili, tədrisin keyfiyyətinin artırılması, buraxılış və ali məktəbə qəbul olma göstəricilərinin müsbət şəkildə dəyişməsi, şagirdlərin müxtəlif intellektual müsabiqələrdə, idman yarışlarında, fənn olimpiadalarında, fənn müsabiqələrində uğurlu nəticələr əldə etməsi və s. ilə əlaqədar əlamətdar olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə "Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin respublika mərhələsində üç nəfər şagirdimiz (şəhər 5 N-li tam orta məktəbin şagirdi Nurlan Bayramov, şəhər 4 N-li tam orta məktəbin şagirdi Nuray Məmmədova, Xanbağı kənd tam orta məktəbin şagirdi Tahirə Qapıçıyeva)yanğın və qəza-xilasetmə texnikasının modeli, əl işi və plakat nominasiyaları üzrə III yerə layiq görülmüşdür. 2017-ci ilin oktyabr ayında sərbəst güləş üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə İmaməliyeva Yamilha Rasim qızı 35 kq çəki dərəcəsində III yer, Rəhimli İsmayıl Adil oğlu 40 kq çəki dərəcəsində II yer tutmuşdur.Azərbaycanın müstəqilliyinin və suverenliyinin rəmzi olan 9 Noyabr-Bayraq Günü ilə əlaqədar yuxarı sinif şagirdləri arasında inşa və rəsm müsabiqəsi keçirilmiş, müsabiqə qalibləri mükafatlandırılmışdır. 17 aprel 2018-ci il tarixdə Qazax şəhər stadionunda orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Marş irəli!" devizi altında "Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yerə, şəhər 2 N-li tam orta məktəbin komandası II, məktəb-liseyin komandası isə III yerə çıxmışdır.

24 aprel 2018-ci il tarixdə Qazax şəhər stadionunda orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Marş irəli!" devizi altında "Vətənin Müdafiəsinə Hazıram” atletika üzrə rayon birinciliyi keçirilmişdir. Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yerə, şəhər 1 N-li tam orta məktəbin komandası II, Daş Salahlı kənd 2N-li tam orta məktəbin  komandası isə III yerə çıxmışdır.

Respublika Şahmat festivalının rayon turunda Daş Salahlı 2 N-li tam orta məktəbin komandası I yer, şəhər 2 N-li tam orta məktəbin komandası II yer, məktəb-lisey komandası III yerə layiq görülmüşdür. 26-28 aprel 2018-ci il tarixlərdə Bakı şəhərində keçirilən Şahmat festivalının respublika mərhələsində 6 nəfər şagird iştirak etmişdir.

2018-ci ildə fənn olimpiadalarının rayon turunda 374 şagird iştirak etmişdir. Fənn olimpiadalarının zona mərhələsinə 49 şagird vəsiqə qazanmışdır. Mart ayında həmin şagirdlər Gəncə şəhərində zona mərhələsində iştirak etmişlər. Onlardan 4 nəfəri Respublika mərhələsinə çıxmışdır. Aprel ayında Bakıda yekun mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 1 nəfər şagirdimiz Bala Çaylı kənd tam orta məktəbin XI sinif şagirdi Quliyeva Günay Sabir qızı I yerə layiq görülərək qızıl medal almış, respublika üzrə IX,X,XI sinif şagirdləri arasında "Birincilərin birincisi” nominasiyasının qalibi olmuşdur.

Ölkə Prezidentinin qayğısı, Təhsil Nazirliyinin təhsilin daha da inkişafı naminə həyata keçirdiyi çox mühüm işlər hesabat dövründə qarşıya qoyulmuş vəzifələrin həllində əsas rol oynamışdır.

Məruzə ətrafında çıxışlar olmuşdur. Qazax şəhər 1 nömrəli tam orta məktəbin direktoru, "Əməkdar müəllim” Bəsti Ələkbərova çıxış edərək rəhbərlik etdiyi məktəbdə qazanılan uğurlardan danışıb və yeni dərs ilində bütün müəllimlərə uğurlar arzulayıb.

Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin məzunu, qəbul imtahanlarında 685 bal toplamışRuhan Budaqlı öz çıxışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovaonlara göstərdiyi diqqət və qayğıya görə bütün məzunlar adından minnətdarlığını bildirib. Bundan sonra təhsil aldığı universitetdə də Qazaxın adını daim uca tutacağını qeyd edib.

Hüseynbəyli kənd tam orta məktəbin fransız dili müəllimi, müəllimlərin işə qəbulunda ən yüksək nəticə (55 bal) əldə etmiş Gülnur Əliyeva söz alaraq işə qəbul prosesindən danışıb, müəllimlər üçün yaradılan şəffaf şəraitə və geniş imkanlara görə Ölkə başçısına, Təhsil Nazirinə minnətdarlığını bildirib.

Təhsil Nazirliyinin baş məsləhətçisi Piralı Əliyev çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllimləri təbrik edib, yüksək bal toplayan məzunlara tələbəlik illərində yeni-yeni nailiyyətlər qazanmalarını arzulayıb.

Sonra təhsilin indiki vəziyyətindən, əldə olunan yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açıb. Rayonda təhsil sahəsində görülən işləri yüksək qiymətləndirən natiq Qazaxın tarixən öz mədəniyyəti, saz-söz adamları ilə tanındığını qeyd edib. Prezident İlham Əliyevin və onun yerlərdə təyin etdiyi rəhbər şəxslərin sayəsində ölkə təhsilinin gündən-günə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ölkə başçısının təhsilin səviyyəsinin artırılmasında əsas məqsədi müəllimlik peşəsinə olan hörməti artırmaq və daha yüksək zirvədə olduğunu göstərməkdir. Bu il rayon üzrə qəbul olmuş 329 nəfər tələbədən məhz 98 nəfərinin müəllimlik peşəsini seçməsi də bunun bariz nümunəsidir. Daha sonra natiq çıxışında Təhsil Nazirliyinin tövsiyələrindən söz açaraq ibtidai siniflərdə dərslərin bir müəllim tərəfindən keçirilməsi, müəllimlərin beynəlxalq layihələrdə iştirak etməsi, hər bir şagirdin təhsil aldığı müddətdə hərəkət qrafikinin olması, məktəbə hazırlıq kurslarında şagirdlərə intellektin, şifahi nitqin, vətənpərvərlik hissinin aşılanması  və s. məsələlərdən danışıb.

2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli Əmrinin tələblərinə uyğun olaraq M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rüstəmov Vilayət Xançoban oğlunu "Respublika pedaqoji mühazirələri”nin nəticələrinə görə Təhsil Nazirinin Əmrinə əsasən "Tərifnamə” ilə təltif edilməsi münasibətilə təbrik edərək "Tərifnamə”ni ona təqdim edib.

Sonra konfransın qərar layihəsi oxunub və səsə qoyularaq yekdilliklə qəbul edilib. Rayon təhsil şöbəsi şurasının tərkibi oxunub.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Sonra Qazax Rayon İcra Hakimiyyəti tərəfindən 600-dən yuxarı bal toplayan 19 nəfər məzuna qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.

Konfransda rayonda təhsil sahəsinə, xüsusilə də uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əl işi rayon rəhbərinə təqdim edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, yeni dərs ilinin başlanması münasibətilə müəllimləri bir daha səmimi qəlbdən təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.