29.08.2018

329 məzun tələbə adını qazanıb

2017-2018-ci tədris ilində Qazax rayon təhsil müəssisələrində təhsil alan məzunlardan 274 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Ötən illərin məzunlarından 55 nəfər ali təhsil müəssisələrinə qəbul edilib . 19 məzun 600 baldan çox, 49 məzun isə 500 baldan çox nəticə göstərib.

Qeyd edək ki, Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərini 674 nəfər şagird bitirib. Onların 274 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Ötən il isə bu rəqəm 249 nəfər idi. Belə ki, ötən il qəbul olanlar 44,22% təşkil edirdisə, bu il bu göstərici 54,15% təşkil edir.


Açar sözlər: ,  ,  ,