02.07.2018

IX-XI sinif şagirdləri buraxılış imtahanı verəcək

Qazaxda  iyunun 3-də 1698 şagird buraxılış imtahanı verəcək.

Dövlət İmtahan Mərkəzi orta məktəblərin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Braxılış imtahanlarının keçirilməsi üçün Qazax rayonunda 3 imtahan mərkəzi ayrılıb. (Qazax şəhər 1 saylı, Daş Salahlı kənd 1 saylı və I Şıxlı kənd tam orta məktəbləri )

Həmin gün 1017 nəfər 9-cu sinif şagirdinin və 681 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Açar sözlər: ,  ,