11.06.2018

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda  III Respublika zona müsabiqəsi keçirilib

İyunun 8-də Gəncə şəhərində Təhsil Nazirliyi, Uşaq-Gənclər İnkişaf Mərkəzi, Kənd Təsərrüfat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində  “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda  maarifləndirmə proqramı çərçivəsində məktəblilərin III Respublika zona müsabiqəsi keçirilib.

Müsabiqədə Gəncə şəhəri, Qazax, Tovuz, Göygöl, Şəmkir, Samux, Naftalan və Tərtər rayonlarının UGİM-nin dərnək üzvləri iştirak ediblər.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri həmin müsabiqədə yüksək bal topladıqlarına görə Respublika müsabiqəsinə vəsiqə qazanıblar.