24.05.2018

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Qazax Olimpiya İdman Kompleksi” MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə 11-12 yaşlı yeniyetmələr iştirak edib. Yarışa 8 məktəbdən 80 nəfərdən çox məktəbli qatılıb. 

Finalda rəqibinə 3-0 hesabı ilə qalib gələn S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin komandası birinci, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbin komandası isə ikinci yerə layiq görülüblər. M.Hüseyn adına şəhər məktəb-liseyin komandası yarışın üçüncüsü olub. 

Qalib komanda rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I,II,III yeri tutan komanda üzvləri isə müvafiq Diplomlarla təltif olunublar.


Açar sözlər: ,  ,  ,