22.05.2018

“Birincilərin birincisi”

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdləri ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif edilib. Riyaziyyat fənni üzrə Emil Qasımov, coğrafiya fənni üzrə Zahir Məmmədzadə, tarix fənni üzrə Vüqar Rufulla, kimya fənni üzrə Ramil Babazadə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Günay Quliyeva, biologiya fənni üzrə Günel Mahmudova, fizika fənni üzrə Məhəmməd Yusifov, informatika fənni üzrə Ziya Muxtarov “Birincilərin birincisi” nominasiyası üzrə qalib olublar.

Qazax rayonu S.Həsənov adına Kommuna kənd tam orta məktəbin IX sinif şagirdi Quliyeva Günay Sabir qızı Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yer tutaraq, yüksək nailiyyət əldə etmişdir.

            22 may 2018-ci il tarixdə Qazax rayon Təhsil Şöbəsində qabaqcıl təhsil işçilərinin iştirakı ilə respublika fənn olimpiadalarının qalibi ilə görüş keçirilmişdir. Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və digər tədbir iştirakçıları fənn olimpiadasında uğur əldə etdiyinə görə Quliyeva Günay Sabir qızını təbrik etmiş, yeni-yeni nailiyyətlər arzu etmişdir.”Birincilərin birincisi” nominasiyasının qalibi rayon Təhsil Şöbəsinin fəxri fərmanı ilə mükafatlandırılmışdır.


Açar sözlər: ,