10.05.2018

Qazax rayonunda 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

Qazax rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Turnirdə rayonun ümumtəhsil məktəblərindən 100-ə yaxın  şagird qatılıb.

1-ci, 2-ci və 3-cü yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar isə diplomla təltif olunub.