27.02.2018

 “Xocalı Fəryadı”

 Xocalı faciəsindən 26 il ötür. Respublikanın hər yerində olduğu kimi Xocalı faciəsi şəhid İslam Nəsibovun adını daşıyan Aşağı Əskipara kənd tam orta məktəbində də anıldı.

 Mərasimin girişində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdən sonra şagirdlərin faciə ilə bağlı hazırladıqları  “Xocalı Fəryadı” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına göstərildi. Məktəbin şagirdləri Xocalı faciəsini kompozisiyada yaşaya-yaşaya tədbir iştirakçılarına həmin gecənin qanlı dəqiqələrini yaşatmağa məharətlə nail oldular.


Açar sözlər: ,  ,  ,