27.02.2018

Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bir sıra silsilə tədbirlər həyata keçirilib.

Rayonun bütün ümumtəhsil məktəblərində Azərbaycanın dövlət bayraqları endirilmiş və soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilib.

"Şəhid şəhər" başlığı altında ədəbi-bədii kompozisiya keçirilmişdir. Gənclər Mərkəzində keçirilən tədbir Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxışla başlayıb. Şəhər 1 saylı Musiqi Məktəbinin xor dərnəyi üzvlərinin ifasında Dövlət Himni səslənib.

Sonra Xocalı soyqırımını əks etdirən film nümayiş olunub. 

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında “Xocalı”, “Xocalını unutmadıq”, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Vətən sevgisi” adlı kompozisiyalar və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında Xocalı soyqırımına həsr olunmuş səhnəciklər nümayiş olunub. 

M.Hüseyn adına məktəb-liseyin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər oxumuş, şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin xor dərnəkləri üzvlərinin ifasında “Sarı gəlin”, “Qalx ayağa Azərbaycan” və İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəb şagirdlərinin ifasında “İgid əsgər” mahnıları ifa olunub.